Fransada kənd təsərrüfatı işçiləri iyunun 17-də yenidən etiraz nümayişinə çıxmağı planlaşdırırlar.
BUTA.TV xəbər verir ki, ilin əvvəlində fermerlərin qəzəbinin alovlandığı vaxtda Baş nazir Qabriel Attal ümumi kənd təsərrüfatı siyasəti (PAC) ilə bağlı bütün yardımların martın 15-dək ödəniləcəyinə “təntənəli şəkildə” zəmanət verərək, gərginliyi azaltmağa nail oldu. Bir neçə həftədən sonra Kənd Təsərrüfatı Nazirliyi bu yardımların ödənilməsinin iyunun 15-dək veriləcəyini bildirdi. Ancaq minlərlə təsərrüfat ödənişi gözləsə də, vəziyyət hələ də həllini tapmayıb.
2023-cü ildə ödənilməli olan yardımlar hələ də verilməyib. Bundan qəzəblənən fermerlər onsuz da siyasi cəhətdən sarsılmış ölkədə iyunun 17-də yenidən etiraz nümayişinə çıxacaqları ilə bağlı xəbərdarlıq ediblər.
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb