Ölkəmiz yanvardan bəri 1 milyona yaxın əcnəbi turist qəbul edib ki, bu da 36 faiz artım deməkdir.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov “Şahdağ” turizm mərkəzinin yay mövsümünə hazırlıqla bağlı mətbuat konfransında deyib.
Turistlərin ən çox Rusiya, Türkiyə və Hindistandan gəldiyini qeyd edən C.Bayramov 90 mindən çox turistin Hindistandan olduğunu diqqətə çatdırıb. Onun özlərinə görə, ötən ilin 5 ayı ilə müqayisədə artım müşahidə olunub.
“2023-cü ildə gəlmə turizmindən əldə olunan gəlirlərin 2022-ci illə müqayisədə 82 faiz artımı müşahidə olunur. 2019-cü illə müqayisədə 2023-cü ildə ümumi turizm gəlirləri 9 faiz artıb. 2023-cü ildə qeyri-neft-qaz sahəsi üzrə turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜDM-də payı 3,5 faiz təşkil edib”, - deyə o bildirib.
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı