15 iyun – Milli Qurtuluş Günü münasibətilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında konsert proqramı təşkil olunub.
BUTA.TV xəbər verir ki, ilk öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər Ulu Öndərin abidəsini ziyarət edərək dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatşılığı ilə keçirilən təntənəli bayram konsertində şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Tədbir zamanı bildirilib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkəmizdə vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalanmasının qarşısı alınıb və bugünki inkişafımızın əsası qoyulub.
Respublikamızın xalq və əməkdar artistlərinin, sevilən mədəniyyət və incəsənət xadimlərinin təqdim etdiyi və sakinlərin böyük coşqu ilə iştirak etdiyi konsert proqramı atəşfəşanlıqla sona çatıb.
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı