Konqo Demokratik Respublikasında 271 sərnişini daşıyan gəmi batıb.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin daxili işlər və təhlükəsizlik naziri Jakman Şabani deyib.
"Ən azı 271 nəfəri daşıyan “HB la Saintet” gəmisi ölkənin şimalındakı Bolobo bölgəsindəki Lediba yaşayış məntəqəsi yaxınlığında batıb", - nazir bildirib.
Hadisə yerinə istintaq qrupu və xilasedicilər cəlb olunub.
Nazirin sözlərinə görə, “HB la Saintet”in göyərtəsində olan insanların taleyi məlum deyil.
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı