Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü Rəşid Rüstəm oğlu İmanov yaşadığı kirayə mənzildə bıçaqlanaraq qətlə yetirilib. APA xəbər verir ki, hadisə qəsəbənin Səməndər Rzayev küçəsində baş verib. Yaxınlarının verdiyi məlumata görə, Rəşid İmanova boğaz nahiyəsindən arxadan bıçaq xəsarəti yetirilib. Mərhumun aşpaz olduğu deyilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Rəhim İsmayıl oğlu Əsədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı