Rusiyanınn hərbi-kosmik qüvvələri Suriyanın Xüms və Əl-Bişri əyalətlərində yaraqlıların cəmləşdiyi ərazilərə zərbə endirib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Tərəfləri Barışdırma Mərkəzinin rəhbərinin müavini, general-mayor Yuri Popov deyib.
“İyunun 2-də Rusiya qüvvələri Ət-Tanf zonasından çıxaraq Xüms və Əl-Bişri əyalətlərinin Əl-Amur kimi dağ massivində əlçatmaz ərazidə gizlənən yaraqlıların müəyyən edilmiş üç bazasına zərbələr endirib.
Popov həmçinin bildirib ki, Rusiya hərbi polis bölmələri Rakka və Haseke əyalətlərində patrul xidməti həyata keçirib.
Bundan əlavə, son 24 saat ərzində İdlibdə deeskalasiya zonasında terrorçu qruplar tərəfindən Suriya hökumət qoşunlarının mövqelərinə 6 hücum qeydə alınıb.
- İran “iqlim silahını” məhv etdi, yağış artdı? - Ekoloq
- Sel nəticəsində dağılan evlərin tikintisi həyata keçiriləcək
- Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı qərar verdi
- Sabah Bakıya yağış yağacaq
- Sabunçu tunelində çökmə aradan qaldırılacaq
- Oğuzda kompleks mülki müdafiə təlimi keçirildi - Video
- Restoran önündə “özəl parkinq”... - Video
- Masazırdakı Qotur göllə bağlı zəruri tədbirlər görüləcək