Ermənistan hökuməti Sünik (Zəngəzur – red.) bölgəsində yeni gömrük və logistika mərkəzinin tikintisi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 10 milyon avro kredit alacaq.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, gömrük məntəqəsinin Sünikin (Zəngəzur -red.) Şəki kəndində 7,7 hektar ərazidə tikilməsinin nəzərdə tutulduğu bildirilir.
Hökumətin qərarına əsasən, Sünik vilayətində belə bir mərkəzin yaradılması prioritet məsələdir. Çünki bölgədə iki müvəqqəti saxlama anbarı olsa da, onların ərazi və tikinti şəraiti, eləcə də gömrük xidməti üçün lazımi texniki avadanlıqları yoxdur.
Yeni gömrük məntəqəsinin tikilməsinin rusların sərhəddən çıxarılmasından sonra gündəmə gəlməsi diqqət çəkib.
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis