Erməni mediası Paşinyanın istefa verəcəyi halda Ermənistanın baş naziri postuna mümkün namizədlərin siyahısını təqdim edib.
BUTA.TV “Hraparak” nəşrinə istinadən xəbər verir ki, namizədlər arasında üç nəfərin adı xüsusi hallanıb.
Baş nazir postuna keşiş Baqrat Qalstanyan favorit namizədlərdən sayılır. Onun böyük ictimai dəstəyi və qeyd-şərtsiz səlahiyyətinin olması, heç bir siyasi partiyanı təmsil etməməsi üstünlüklərdən biri kimi dəyərləndirilir. Lakin Qalstanyanın ikili vətəndaşlığı onun iddia etdiyi vəzifədə təmsil olunmasını əngəlləyə bilər.
Digər namizəd isə Ermənistan Silahlı Qüvvələrinin 3-cü korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovdur.
Qeyd olunur ki, onu Ermənistanın ikinci prezidenti Köçəryanın komandası dəstəkləyir.
Keçmiş hüquq müdafiəçisi Arman Tatoyan da baş nazir vəzifəsinə iddialı olduğu görünür. Mənbənin sözlərinə görə, o, ölkənin üçüncü prezidenti Sarkisyanın komandasının namizədidir.
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis