Mingəçevirdə bir neçə şəxsin iştirakı ilə dava olub.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Gəncə şossesinə çıxış istiqamətində baş verib. Mübahisə zəminində bəçaqlanan 1985-ci il təvəllüdlü Nəsirov Namiq Elman oğlu və 1980-cı il təvəllüdlü İsmayılov Faiq Yusif oğlu təcili xəstəxanaya çatdırılıblar. Faiq İsmayılov mübahisə edən tərəfləri sakitləşdirməyə çalışarkən bıçaqlanıb.
Hadisənin səbəbləri hələlik tam məlum deyil.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, xəsarətlərlə bağlı ekspertiza təyin olunub, əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis