Azərbaycanlı yazıçı Murad Muradov həyata qayıdıb.
“BUTA TV” olay-a istinadən xəbər verir ki, bu barədə onun dostları məlumat verib. Onlar feysbukda dostlarının sağ olduğunu, nəfəsinin gəldiyini yazaraq, izləyicilərindən dualarını əksik etməmələrini istəyiblər.
Qeyd edək ki, Muradın vəfatıyla bağlı yazar İlham Əziz məlumat yaymışdı.
Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinin reanimatoloqu Paşa Məmmədov Reporta bildirib ki, gənc yazarın həyatda qalmaq şansı olmasa da, hələ ki, sağdır.
O qeyd edib ki, M.Muradovun vəziyyəti son dərəcədə ağırdır, koma 3-dür:
"Beyin ölümü baş verib, lakin hələ ki, ürək vurur. O, süni nəfəs aparatına bağlıdır".
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis