Orenburqda keçirilən turnirdə şagirdini döyən məşqçi ömürlük cəza alıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Güləş Federasiyasının prezidenti, Rusiya Güləş Federasiyasının vitse-prezidenti Ömər Murtuzəliyev məlumat verib
“Məşqçi ömürlük diskvalifikasiya olunub. Törədilən hərəkət qeyri-insani idi. Bu, özəl klub məşqçisidir. Dağıstanın idman nazirinə məktub yazdım. O, bir daha idman zallarında belə halların görünməməsi üçün tədbirlər görəcək”, - funksioner bildirib.
Xatırladaq ki, tələbəsini döyən məşqçinin Alaudin Atayev olduğu üzə çıxıb. O, yarışda uduzduqdan sonra uşağı vəhşicəsinə döyüb. İşin araşdırılmasına hüquq-mühafizə orqanları da cəlb olunub.
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis