Fransanın Lion şəhərinin meri Qriqori Dusetin erməni atletlərlə bağlı paylaşımı Türkiyə ictimaiyyətində narazılıqla qarşılanıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, fransız mer “erməni soyqırımı”nın anım günü ilə əlaqədar keçirilən və erməni gimnastların iştirak etdiyi tədbirə qatılıb.
O, erməni atletləri qəbul etməkdən qürur duyduğunu deyib, bunu iki xalq arasında qardaşlığı möhkəmləndirən amil kimi qiymətləndirib.
Tədbir Fransada fəaliyyət göstərən Erməni Milli Yaddaş Mərkəzində keçirilib. Dusetin paylaşdığı fotonun fonunda iri ölçüdə saxta “böyük Ermənistan” xəritəsinin olduğu görünür. Xəritədə Azərbaycan, Türkiyə, İran və Gürcüstan əraziləri “tarixi erməni torpağı” kimi təqdim edilib.
Sözügedən foto sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub. Merin bu addımı təxribat xarakterli əməl olaraq dəyərləndirilir.
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır