Bu gün Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.
BUTA.TV xəbər verir ki, Xalq artisti Röya Ayxan azyaşlı uşaqlarla birgə Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. O, Heydər Əliyevin məzarını ziyarət edib, əklil və gül dəstələri qoyub. Həmin anları sosial şəbəkə hesabında paylaşan ifaçı yazıb:
“Bu dünyada sevgi, hüzur, sülh var. Hansı ki, onları yaşatmaq bizim əlimizdədir. Elə sevgilər var ki, görmədiyin bir insana qarşı həmişə var olur. Baxın, bu uşaqlar kimi… Heydər Əliyevi görməyən nəsil belə bizimlə eyni duyğuları yaşayır. Biz çox şanslı nəsilik ki, Ulu Öndər Heydər Əliyevlə eyni dövrdə yaşamışıq. Ümummilli liderimizi belə anmaq istədim”.
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır