Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır