ABŞ-ın Qəzza zolağında atəşkəs, o cümlədən cənubundakı Rəfah şəhərində hərbi əməliyyat üçün İsrailə təzyiq etməməsinin ağır nəticələri olacaq.
BUTA.TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı bildirib.
“Əgər ABŞ Netanyahuya atəşkəslə razılaşmaq üçün təzyiq göstərməzsə, və heç bir şəkildə Rəfahda yeni cinayətlərə müdaxilə etməzsə, o zaman müharibənin tərəfdarları dəhşətli nəticələrlə üzləşəcəklər", - deyə o bildirib.
İranlı nazirin sözlərinə görə, Ağ Ev İsrail rejiminə təzyiq göstərməyi və müharibəni dayandırmağı və ya regionda böhran və gərginliyin yeni səviyyəsinə keçməyi seçməlidir.
Abdullahian həmçinin BMT-dən yəhudi dövlətinə təzyiqi artırmağı tələb edib.
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır