Antalyada Türkiyənin “Corendon Airlines” şirkətinə məxsus təyyarə qəzalı eniş edib. Təyyarənin ön təkəri partlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, hadisə Köln-Qazipaşa reysini həyata keçirən təyyarədə baş verib.
“Təyyarənin ön dayağı zədələnib. Hava gəmisindən 184 sərnişin və 6 ekipaj üzvü olmaqla, ümumilikdə 190 nəfərin təxliyəsi başa çatıb. Sərnişinlərdən xəsarət alan olmayıb. İlkin məlumatlara görə, uçuş-enmə zolağına heç bir ziyan dəyməyib”, - məlumatda bildirilib.
Xatırladaq ki, dünən “Boeing 767” tipli təyyarə də şassinin açılmaması səbəbindən İstanbul Hava Limanında qəzalı eniş edib.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video