Gədəbəy rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və Dünya Uşaq Atletikası Gününə həsr olunmuş “Yaşıl marafon" keçirilib.
Gənclər və İdman Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan turnirdə 2010-2011-ci il təvəllüdlü uşaqlar 1.609 km məsafəni qət ediblər.
Qadınlar arasında Fidan Mustafazadə (5.28) birinci olub. Aynur Əsgərova (5.52) və Həbibə Əsgərova (6.16) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Kişilər arasında Rihad Mustafayev (3.50), Samid Əliyev (4.25), Cahid İbrahimov (4.26) ilk üçlükdə qərarlaşıblar.
Yarışdan əvvəl təmizlik aksiyası təşkil olunub. Aksiya zamanı ərazilərdə təmizlik işləri aparılıb. Tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması və əhalinin sağlam həyat tərzinə cəlb olunmasıdır.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video