Yaponların icad etdiyi dərmanın köməyi ilə düşmüş dişlərin yerinə yenisi çıxacaq.
BUTA.TV xəbər verir ki, klinik sınaqlar 2024-cü ilin sentyabrına planlaşdırılıb. 2030-cu ilə qədər isə dərman hamı üçün əlçatan olacaq.
Tədqiqatın müəllifi Katsu Takahaşi bildirib ki, yeni dərman dişlərin böyüməsini məhdudlaşdıran USAG-1 adlı zülalı bloklayır. İlkin təcrübələrdə bu dərmanları anadangəlmə az dişli siçanlara veriblər ki, bu da onların heç bir ciddi yan təsir və ya narahatlıq yaratmadan yeni dişlər çıxarmasına səbəb olub.
Sınaqların yeni mərhələsində dərman 30 yaşdan 64 yaşa qədər olan könüllülərə venadaxili tətbiq olunacaq. Yan təsirlərin olmaması təsdiqləndikdən sonra 2 yaşdan 6 yaşa qədər olan uşaqların anodontiya ilə müalicəsində istifadə olunacaq.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video