Yəmənin şimalında hökmranlıq edən "Ənsar Allah" hərəkatının silahlı qüvvələri Ədən körfəzi və Hind okeanında üç İsrail gəmisinə hücum edib.
BUTA.TV xəbər verir ki, bunu husilərin hərbi sözçüsü Yəhya Sariya deyib.
"Yəmən silahlı qüvvələri Ədən körfəzində iki İsrail gəmisini - MSC DEGO və MSC GINA-nı vurub. Hücum bir neçə ballistik raket və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib və zərbələr dəqiq olub", - o bildirib.
Onun sözlərinə görə, Yəmənin raket qüvvələri MSC Vittoria-ya qarşı əvvəlcə Hind okeanında, sonra isə Ərəbistan dənizində iki əməliyyat keçirib.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video