Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığa başlayıb, bu münasibətlərimizdə yeni bir mərhələdir və çox geniş vüsət alır.
BUTA.TV xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekottiqnies "Azadlıq radiosu"nun Ermənistan bürosuna müsahibəsində deyib. O bildirib ki, son bir neçə ay ərzində iki ölkə arasında üç istiqamətdə sazişlər imzalanıb. Bu istiqamətlər Ermənistanı müdafiə silahları ilə təmin etmək, Ermənistan silahlı qüvvələrinin Ermənistanda və ya Fransada təlim keçməsini təmin etmək və həmçinin Ermənistan Müdafiə Nazirliyinə məsləhətlər verməkdir.
Səfir "Paris, məsələn, on il əvvəl silahlı qruplaşmaları zərərsizləşdirmək üçün Mali və ya Liviyaya qoşun yeritdiyi kimi Ermənistana öz qoşunlarını göndərməyi düşünə bilərmi?" sualına isə belə cavab verib:
"Çox fərqli bir vəziyyətdən danışırıq. Afrikanın Sahel bölgəsində keçirilən əməliyyatlar antiterror əməliyyatları olub. Burada bizim dövlət-dövlət əməkdaşlığımız var və biz Ermənistan silahlı qüvvələrinin güclənməsinə töhfə verməyə çalışırıq. Bir daha deyirəm, nəyinsə baş verməsini gözləmirik. Nəyinsə baş verməməsi üçün lazım olanı etməyə çalışırıq".
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?
- Xocavəndə növbəti köç karvanı yola salındı
- "AzerGold" QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb
- Xırdalanda yeni “Kontakt”: Açılışa özəl 60%-dək endirim
- Bakıda bu binaların təmirinə başlanılır
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video