İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyata başlasa, ABŞ İsrailə silah tədarükünü dayandıracaq.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden CNN telekanalına müsahibəsində deyib.
"Açıq şəkildə bildirdim ki, əgər onlar Rəfaha daxil olsalar, hələ ki, Rəfaha girməyiblər, onlara döyüşmək üçün silahlar verməyəcəyəm", - o bildirib.
Amerika Prezidenti bildirib ki, İsrailin Qəzza zolağında 2000 funt ölçüsündə olan bombalardan istifadə etməsi mülki əhalinin ölümünə səbəb olub. ABŞ bu bombaları 2023-cü ilin dekabrında İsrailə təhvil verib.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video