Bu gün Ankara şəhərində Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında 120 maddəlik fəaliyyət planı qəbul edilib.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Ankarada Türkiyə Palatalar və Birjalar Birliyində (TOBB) keçirilən Biznes Forumunda çıxış edərkən bildirib.
O, qeyd edib ki, bu fəaliyyət planlarının Azərbaycanla Türkiyənin iş adamları arasında əməkdaşlığı, ticarəti genişləndirəcəyinə ümid edir:
“Ölkələrimiz arasındakı ticarəti asanlaşdırmaqdan ötrü gömrük və logistika fəaliyyətlərini sadələşdirmək üçün razılıq əldə etdik. Sadələşdirlimiş gömrük əlaqələri üçün ən qısa zamanda çalışmalar planlaşdırdıq".
C.Yılmaz Azərbaycanın qeyri-neft sektorunun inkişafına önəm verməsini təqdir edib:
“Azərbaycan sahib olduğu təbii sərvətləri dəyərləndirir, buradan əldə etdiyi maliyyə imkanlarını qeyri-neft sektorunun genişləndirilməsinə sərf edir. Bu yanaşmanın çox məntiqli olduğunu düşünürük və təqdir edirik. Azərbaycan iqtisadiyyatının çeşidlənməsində özəl sektorun müsbət rol oynayacağına, Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin bölgəmizə və Türk dünyasına da nümunə olacağına inanıram. Ümid edirəm ki, Cənubi Qafqazda sülhün bərpasında birgə fəaliyyətimiz regional rifahın artacağına və bundan bütün ölkələrin faydalanacağına səbəb olacaq”.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video