Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər Rusiyanın Britaniyadakı diplomatik mövcudluğunun iş şəraitini ciddi şəkildə çətinləşdirir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın diplomatik korpusu məlumat yayıb.
Bildirilib ki, London bəzi kommunikasiya kanallarına da müdaxilə edir:
"Mayın 8-də London Rusiyanın Böyük Britaniyadakı diplomatik mövcudluğunun iş şəraitini ciddi şəkildə çətinləşdirən, bəzi rabitə kanallarının kəsilməsi də daxil olmaqla, yeni məhdudlaşdırıcı tədbirlər elan edib".
Rusiya diplomatik missiyası qeyd edib ki, məhdudiyyətlər əsassız və hətta gülünc bəhanə ilə tətbiq edilib və London bundan daha bir casus xəbərini şişirtməyə çalışır.
Qeyd edək ki, bundan öncə Britaniya DİN rəhbəri Rusiyanın hərbi attaşesinin ölkədən çıxarılacağını, bəzi daşınmaz əmlakların diplomatik statusunun ləğv ediləcəyini və Rusiya ilə diplomatik vizaların müddətinin məhdudlaşdıracağını bildirib.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video