Gürcüstana yağan leysan yağışları paytaxt Tiflis də daxil olmaqla, bir neçə rayonda ciddi fəsadlar törədib.
BUTA.TV xəbər verir ki, təbii fəlakət Kaspi rayonunda bir nəfərin həyatına son qoyub.
Belə ki, Kaspi rayonu ərazisindən keçən Kavtura çayı məcrasında çıxıb və sel suları Kavtisxevi kəndi ərazisində içərisində 3 nəfərin olduğu minik avtomobilini aparıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xilas edilib. Üçüncü şəxsin axtarışları isə davam edir.
Qori rayonu ərazisindəki Medcuda və Tortla çayları da məcrasından çıxaraq 4 kəndin və məcburi köçkünlərin məskunlaşdığı Karaleti qəsəbəsini su basıb. 70-dən çox evin birinci mərtəbəsinə və ictimai-iaşə obyektinə su dolub.
Tianeti bələdiyyəsi ərazisindəki 10 kəndlə əlaqə tam kəsilib. Leysan yağışları və sel suları magistral yolları, qaz kəmərlərini, elektrik dirəklərini dağıdıb, təsərrüfat sahələri yararsız vəziyyətə düşüb.
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?