Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri, Abxaziya, Cənubi Osetiya “liderlərinə”, həmçinin Gürcüstan və Moldova xalqlarına Qələbə Günü münasibətilə təbrik ünvanlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya və digər dövlətlərin rəhbərlərinə, eləcə də Gürcüstan və Moldova xalqlarını təbrik edib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Putin 2022-ci il müharibəsi başlayana qədər Ukrayna xalqını təbrik edirdi.
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?