Ukrayna Prezidenti Vladimir Zelenski enerji obyektlərinə yeni kütləvi hücumu şərh edib və bunu ölkədə qeyd olunan İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə və Anım Günü ilə əlaqələndirib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“Lvov, Vinnitsa, Kiyev, Poltava, Kirovoqrad, Zaporojye, İvano-Frankovsk vilayətlərindəki infrastruktura 50-dən çox raket və 20-dən çox “Şahid” atılıb. Terrorun nəticələrini aradan qaldırmaq üçün bütün lazımi xidmətlər artıq işləyir. Bütün dünya kimin kim olduğunu aydın başa düşməlidir. Dünyanın nasizmə bir daha şans verməyə haqqı yoxdur”, - o bildirib.
Qeyd edək ki, Rusiya yeni kütləvi zərbə ilə bağlı xəbərləri şərh etməyib.
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?