Sabunçu dəmir yolu stansiyasında üzərində silah və narkotik maddə olan şəxs tutulub.
DİN-dən BUTA.TV-a verilən məlumata görə, Dəmiryolu Nəqliyyatında Polis İdarəsi Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində Sabunçu dəmir yolu vağzalının ərazisində 2002-ci il təvəllüdlu Vüsal Nəcəfəliyev saxlanılıb.
Onun əlindəki çantaya baxış keçirilərkən 1 kiloqram 125 qram narkotik vasitə marixuana, 1 ədəd “Browling” markalı tapança və 40 ədəd patron aşkar edilərək götürülüb. V.Nəcəfəliyev odlu silahı və narkotiki satış məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı V. Nəcəfəliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video
- Nərgiz Şərifovaya yüksək vəzifə verildi
- Bu ay pensiyaların ödəniləcəyi tarix açıqlandı
- Azərbaycanda bu preparat müvəqqəti tapılmayacaq
- Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü
- Xəzər dənizində zəlzələ oldu
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video