Ödəniş köçürmələri ətrafında yaranmış vəziyyətə görə Türkiyə və Rusiya arasında özəl sektorda bir sıra birgə layihələr təhlükə altındadır.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” mənbələrə istinadən məlumat yayıb.
“Həqiqətən ümid edirik ki, problem bu həftə həll olunacaq. İki ölkənin birgə biznes layihələri böyük risk altındadır. Bizə bildirilib ki, aidiyyəti qurumlar problemi həll edir”, - mənbə bildirib.
Xatırladaq ki, türk bankları Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıb. Vəziyyət Ağ Evin dekabrın 22-də Ukraynadakı müharibədə Rusiyaya yardım edən xarici şirkətlərə qarşı ikinci dərəcəli sanksiyalar haqqında fərman verməsindən sonra kəskin şəkildə pisləşib. Fərman Vaşinqtona Rusiyaya qarşı sanksiyaları pozduqlarına görə xarici bankları Amerika maliyyə sistemindən ayırmağa imkan verir.
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video
- Nərgiz Şərifovaya yüksək vəzifə verildi
- Bu ay pensiyaların ödəniləcəyi tarix açıqlandı
- Azərbaycanda bu preparat müvəqqəti tapılmayacaq
- Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü
- Xəzər dənizində zəlzələ oldu
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video