Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Ukraynanın ünvanına təhdidləri sadəcə sözdür və bu bütün dünya üçün qeyri-adekvat görünür.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib. O bildirib ki, Medvedyev bu kimi sözlərlə Putinə “Papadan daha çox katolik” kimi görünmək istəyir:
“O özünü Putin elitası arasında nümayiş etdirmək, necə deyərlər, Papadan daha çox katolik olmağa çalışır. İnanıram ki, Rusiyanın məqsədlərinə çatması şansı yoxdur".
Brayza əlavə edib ki, bir neçə il əvvəl Putin özü də Ukraynaya münasibətdə bənzər açıqlamalar verir, onun millətinin mövcudluğunu inkar edirdi. Diplomat əlavə edib ki, indi Putinin ətrafının belə açıqlamalar verməsi Rusiyanın məqsədinin həqiqətən də Ukraynanı məhv etmək olduğunu üzə çıxarır.
Qeyd edək ki, D.Medvedyev 18 yanvar tarixindəki sosial şəbəkə paylaşımında Ukraynanın bir dövlət olaraq mövcud olmaması gərəkdiyini qeyd etmişdi.
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video
- Nərgiz Şərifovaya yüksək vəzifə verildi
- Bu ay pensiyaların ödəniləcəyi tarix açıqlandı
- Azərbaycanda bu preparat müvəqqəti tapılmayacaq
- Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü
- Xəzər dənizində zəlzələ oldu
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video