Günlər keçsə də, qarın Sumqayıt şəhər Yaşıldərə yaşayış massivində fəsadları davam etməkdədir. Belə ki, bir neçə məhəllə və yollarda palçıq və su basması səbəbindən gediş-gəliş mümkünsüz hala gəlib.
Bununla bağlı BUTA.TV-a məhəllə sakinlərindən şikayət daxil olub.
Şikayətdə 4-cü məhəllə (Ağbulaq küçəsi) sakinlərinin yoldan istifadə edə bilməməsi, adi yağışlarda belə subasma hallarıyla qarşılaşdıqları, yolların bərbad vəziyyətdə olduğu, məktəblilərin piyada 1 km artıq dolama yollardan istifadə etdiyi bildirilir.
Qeyd edək ki, 2013-cü ildə hazırlanmış Sumqayıt şəhərinin Baş Planında Yaşıldərə ərazisi Sumqayıtın əsas genişlənmə istiqamətlərindən biri kimi nəzərdə tutulsa da, hazırda bu istiqamətdə marşrut xətti belə yoxdur.
Məhəllə sakinlərin çəkdiyi video görüntünü təqdim edirik:
- Mətbuat Şurası çağırış etdi: Buna son dərəcə həssas yanaşın!
- "Azercell" “Minlərlə ilmə, bir güc” xalçasını təqdim edib
- WUF13 zamanı yollarda postlar qurulacaq?
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - Foto
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto
- Nazir Bərdənin rəisini Şəmkirə göndərdi