Azərbaycanda 2020-ci ildən icbari tibbi sığorta sistemi tətbiq olunur. Eyni zamanda, fərqli sağlamlıq sığortası modelləri də hazırlanır.
BUTA.TV xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda Azərbaycanın səhiyyə naziri Teymur Musayev deyib.
"Bunlar tamamlanmış sağlamlıq sığortası və özəl tibbi sığorta modelləridir. Bunların nəticəsində qarşılıqlı memorandumlar əsasında Türkiyə vətəndaşları üçün Azərbaycanda, Azərbaycan vətəndaşları üçün Türkiyədə özəl sığorta üzərindən müəyyən sağlamlıq turizmi paketlərinin təminatı həyata keçiriləcək", - nazir bildirib.
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO