Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının dünənki iclasında digər məsələlərlə yanaşı, Ermənistanın ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər də müzakirə edilib. Ərzaq təhlükəsizliyi məsələsi, xüsusən də taxıl qıtlığı rəsmi dairələrdə narahatlıqla müzakirə olunur.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşr bildirib ki, statistika kifayət qədər həyəcanvericidir. Ötən illə müqayisədə Ermənistan bu il təxminən 30 faiz az buğda istehsal edib ki, bu da Rusiyadan ucuz buğda idxalı ilə bağlıdır.
“Bununla yanaşı, dövlətin strategiyası yoxdur və yanacaq və gübrə ilə bağlı subsidiyalar vermir ki, bu da əkin sahələrinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub”, - məlumatda qeyd olunub.
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto