“Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq.
BUTA.TV xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
Mütəxəssis bu raunddakı rəqibləri olan Portuqaliya təmsilçisi “Braqa”nın güclü komanda olduğunu bildirib:
“Fikrim “Neftçi” ilə oyunda olduğu üçün püşkatma ilə çox maraqlanmadım. Potensial rəqiblərin hər biri ciddi komanda idi. Portuqaliya klubları avrokuboklara ən ciddi yanaşan, möhkəm komandalardır. Rəqiblə maraqlandıqdan sonra daha yaxşı məlumat verə biləcəyik. Yaxşı futbol göstərməyi bacaran kollektivdir. Matça hələ iki aya yaxın vaxtımız var”.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu 2024-cü il fevralın 15-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video
- Nərgiz Şərifovaya yüksək vəzifə verildi
- Bu ay pensiyaların ödəniləcəyi tarix açıqlandı
- Azərbaycanda bu preparat müvəqqəti tapılmayacaq
- Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü
- Xəzər dənizində zəlzələ oldu
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video