İlahiyyat Kollecinin yaradılmasını alqışlayıram. Amma bir vacib məsələni qeyd etmək lazımdır. Orada dərs deyən müəllimlərin özləri mövhümatı, xurafatı gənclərimizə fərqli bir formada çatdıracaqlarsa, onda bu, eyni ənənəvi təhsilin davamı olacaq.
Bu sözləri BUTA.TV-a ilahiyyatçı alim Elşad Miri deyib.
“Yəni buradan bu gün çox böyük bir nəticə gözləmək əbəs olar. Dini Komitədə çalışanlar və onların daxilində fəaliyyət göstərən İlahiyyat İntitutunun, kollecinin müəllimləri nə qədər gizlətməyə çalışsalar da, hansısa məzhəbə mənsubdurlar. Bu insanlar öz məzhəblərinə zidd gedə bilməz. Beləliklə, müəllimlər şüuraltında öz fikirlərini ötürür. İlahiyyat İnstitutunun müəllimləri video hazırlayaraq ölüyə Quran oxumağı əsaslandırmağa çalışır. Mən də deyirəm ki, ölüyə Quran oxumaq olmaz. Konkret olaraq bu məsələlərlə bağlı məni özləri üçün hədəfə çeviriblər”, - Miri bildirib.
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video
- 6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır?
- Zelenskidən gözlənilməz gediş: . Mayın 6-da nə baş verəcək?
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar