Göygöldə içməli su xəttində qəza baş verdi

00:14 - 18 Dekabr 2023 - GÜNDƏM

 Göygöldə içməli su xəttində qəza baş verdi

Göygöl rayonunda magistral içməli su xəttində qəza olub.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, Kürəkçay mənbəyindən Göygöl şəhəri və kəndləri içməli su ilə təmin edən magistral xətdə qəza baş verib.

Yaranmış problemin aradan qaldırılması istiqamətində Göygöl rayon Sukanal idarəsi tərəfindən artıq lazımı işlərə başlanılıb.

Belə ki, hazırda d-400 mm plastik magistral su xəttində olan qəzanın aradan qaldırılması üçün əraziyə xüsusi texnikalar və işçi qüvvəsi cəlb olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda əməliyyat: saxlanılanlar var - Video

Su xəttinin bərbası mümkün qədər tez bir zamanda başa çatacağı bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol