Türkiyə istehsalı PUA-lar bütün dünyanın diqqət mərkəzindədir.
Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar məlumat verib.
"Hazırda "Bayraqdar AKINCI" PUA-ya ciddi tələbat var. "Qızılalma" hələ inkişaf mərhələsində olsa da, dünyanın hər yerindən tələb var. "Bayraqdar TB2" dünyada ən yaxın rəqibindən beş dəfə daha çox tanınır. "Bayraqdar TB2" indiyə qədər 32 ölkəyə ixrac edilib”, - o qeyd edib.
S.Bayraqdar onu da vurğulayıb ki, süni intellektdən sağlamlıqda innovasiyaya qədər texnologiyanın bütün sivil sahələrində dünyaya iz qoyacaq türk layihələri olacaq.
Qeyd edək ki, 27 sentyabr-1 oktyabr tarixlərində İzmirdə TEKNOFEST festivalı keçirilir.
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis