İraqın Naynava əyalətində (ölkənin şimalında) baş verən yanğın nəticəsində ölən və yaralananların sayı 450 nəfərə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə İraq Qızıl Aypara Cəmiyyəti X sosial şəbəkəsində məlumat yayıb.
“Toy mərasiminin keçirildiyi zalda baş verən yanğın nəticəsində ölən və yaralananların sayı 450-yə çatıb. Faciə Mosulun şərqində yerləşən Əl-Həmdaniyyə (həmçinin Bəhdida kimi tanınan) şəhərində baş verib”, - məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl “Əl Ərəbiyyə” telekanalı yanğın nəticəsində ölənlərin sayının 120-yə çatdığını, daha 200 nəfərin isə yaralandığını bildirmişdi.
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis