Separatçıların “rəhbərlərindən” olmuş Samvel Babayan artıq Qarabağdan İrəvana qaça bilib. Onun Xankəndindən necə çıxdığı və Ermənistana necə keçdiyi müəmmalıdır, lakin erməni əhalisi arasına qarışaraq, gedə biləcəyi istisna deyil.
Təslim olan hazırki “rəhbərlər”in sona qədər gözləyəcəyi ehtimalı daha çoxdur, onların amnistiyadan yararlanmaq imkanı da ola bilər. Lakin keçmiş “rəhbərlər” – Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərləri çıxmağa çalışacaq. Qaçış üçün iki mümkün yolları ola bilər: erməni əhalisi arasında gizlənmək, qarışıqlıqldan istifadə edərək, Ermənistana keçmək; sülhməramlıların təminatı üçün daha əvvəl uçuşuna şərait yaradılan helikopterlərlə çıxmaq;
Hər iki halda sülhməramlılar onlara yardım edəcək. Lakin Xankəndiyə əvvəldən nəzarət edən Azərbaycan kəşfiyyatının indi bu imkanları xeyli artıb və ən azından bir, yaxud bir neçəsinin ələ keçiriləcəyi də istisna edilməməlidir.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm