Qarabağ onlara lazım deyildi, Qarabağ sadəcə soyğunçuluq vasitəsi idi, insanların gözünü, ağzını soyğunçuluqlarına bağlayan bir vasitə idi.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş nazirinin Aparat rəhbərinin müavini Taron Çaxoyan Feysbuk səhifəsində Qarabağ klanının Ermənistandakı hərəkətlərini şərh edərkən yazıb.
“30 il Qarabağdan talançılıq üçün istifadə edilib və sonda talanları davam etdirmək üçün Ermənistanda dövlət çevrilişi təşkil edilib. Məqsəd bəlli idi. Ya Ermənistan yeni müharibəyə girəcək, ağır itkilər verəcək və çevriliş etmək mümkün olacaq, ya da Qarabağdakı “faciəli” hadisələrə görə emosional dalğa qaldırıb Ermənistanda çevriliş edəcəklər. Bütün reallıq, acı reallıq budur. Bu, Ermənistan tarixinin ən acı və ağrılı səhifələrindən birinə çevrildi, biz yenidən daxili zibil və satqınlar ucbatından əziyyət çəkib uduzduq”, - o bildirib.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm