Azərbaycanın 24 saat içində Qarabağda qazandığı zəfərdən sonra bu gün Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Naxçıvana gələcək. Ərdoğan orada “qardaşım” dediyi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin yazarı Abdulkadir Selvi məqaləsində qeyd edib.
Selvinin sözlərinə görə, türk dünyasının iki böyük liderinin görüşməsi həm Qarabağ məsələsində, həm də Zəngəzur dəhlizi üçün cığallıq edən İrana güclü mesaj olacaq:
“Azərbaycan xalqı Cümhurbaşqanı Ərdoğanın verdiyi dəstəkdən dolayı çox məmnundur. Amma Kılıçdaroğlunun davranışına görə də arada inciklik yaşanır. Azərbaycanın qələbəsi hamımızı sevindirdi, qürurlandırdı. Amma Kılıçdaroğlu nədənsə buna sevinə bilmədi, Azərbaycanı dəstəkləyən bir açıqlama da vermədi. Heç bir tvit də yazmadı. Onsuz da əvvəlki Qarabağ müharibəsi zamanı Kılıçdaroğlunun xarici siyasət üzrə baş müşaviri Ünal Çeviköz Qarabağa cihadçıların köçülməsi ittihamı ilə azərbaycanlıları narahat etmişdi. Bu isə ikinci oldu”.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm