Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Şuşa ətrafında olan ərazidə Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter müsadirə edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, ötən gün - sentyabrın 23-də kvadrokopter kustar üsulla hazırlanmış mərmiləri ilə birgə Şuşada səfərdə olan Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi atteşelərinə göstərilib.
Azərbaycan Ordusunun general-leytenantı Mais Bərxudarov onları hərbi atteşelərə təqdim edib. O bildirib ki, kvadrokopter kustar üsulla hazırlanmış mərmiləri ilə birgə Şuşa ətrafında olan bölgələrdə Ermənistan silahlı qüvvələri birləşmələrindən müsadirə edilib: Məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı”.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm