Türkiyə Niderlanda çağırış etdi

01:08 - 24 Sentyabr 2023 - GÜNDƏM

 Türkiyə Niderlanda çağırış etdi

Türkiyə Niderlandın Haaqa şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv bəzi ölkələrin səfirlikləri, o cümlədən Türkiyə diplomatik missiyası qarşısında Qurani-Kərimə qarşı həyata keçirilən iyrənc hücumları qətiyyətlə pisləyir.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Türkiyə Xarici İşlər Nazirliyi BMT-nin dini nifrət və beynəlxalq hüququn pozulması kimi qiymətləndirdiyi bu cür təxribatlara qarşı ölkələri təsirli tədbirlər görməyə çağırıb:

“Bu hücumlara qarşı birlikdə hərəkətə keçdiyimiz Niderland səlahiyyətlilərini hadisəni törədən şəxsə qarşı lazımi tədbirlər görməyə və oxşar hadisələrin təkrarlanmaması üçün tədbir görməyə çağırırıq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol