Antiterror tədbirindən başqa variant qalmamışdı - Fidan

20:38 - 23 Sentyabr 2023 - GÜNDƏM

 Antiterror tədbirindən başqa variant qalmamışdı - Fidan

Azərbaycanın keçirdiyi antiterror tədbiri başqa variantın qalmadığını göstərən tədbir idi. Memorandumda (10 noyabr 2020-ci il bəyanatı - red.) razılaşdırılmış məsələlərin bəziləri Ermənistan tərəfindən yerinə yetirilməyib.

BUTA.TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Birincisi, Zəngəzur dəhlizində və Qarabağda Azərbaycanın suverenliyinin vacib idi. Bu baş vermədikdə, qardaşlarımız haqlı olaraq səbirsizliklərini ortaya qoydular. Türkiyə olaraq bu addımı atmağın zəruriliyini Azərbaycana çatdırdıq. Bu, mülki əhaliyə zərər verməyən və Azərbaycanın regionda hüquqi suverenliyinə yol açan qısa bir tədbir idi. İrəli sürdüyümüz rasional izahatlar vəziyyətin Azərbaycanın xeyrinə başa düşülməsində təsirli oldu”, - H.Fidan qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol