Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb.
BUTA.TV xəbər verir ki, iddialara cavab olaraq, DİN-in mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov Report-a bildirib ki, həmin şəxslərdən 2 nəfər polisin qanuni müdaxiləsindən yayınaraq intihara cəhd görüntüsü yaradıb.
Sentyabrın 22-də saat 21:30 radələrində özünü qazi kimi təqdim edən bir qrup şəxsin Bakı Dövlət Universitetinin tələbə yataqxanasına daxil olaraq bir neçə otağı zəbt etmələri ilə bağlı polisə məlumat daxil olub.
Həmin şəxslər sentyabrın 21-də və bu gün yataqxanada əlavə otaqlar zəbt etmək məqsədilə həmin ünvana gəliblər. Həmin şəxslərdən, borclu qismində axtarışda olan — 1993-cu il təvəllüdlü Mahmudov Rufan Aleksandr oğlu özünü “Varis" şəhid ailələri və qazılərə qayğı ictimai birliyinin üzvü və müharibə iştirakçısı kimi təqdim etməklə tabesizlik nümayiş etdirib, qanunsuz tələblər irəli sürüb.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Bu zaman R.Mahmudovla birlikdə əvvəllər də Yasamal rayonu A.Abbasov küçəsində yerləşən Həkimlərin təkmilləşdirmə İnstitutunun otaqlarını zəbt edən 3-cü dərəcəli əlillik statusu olan, 1993-cü il təvəllüdlü Süleymanov Ruslan Fazil oğlu və digərləri özlərini qazı kimi təqdim etməklə münaqişə yaradıblar, polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstəriblər. Onlar polis orqanına dəvət edilib. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq barələrində müvafiq tədbirlər görülür.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm