Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyi 2024-cü il üçün dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərin 5 % artırılacağını açıqlayıb. Bu da öz növbəsində gələn ildən pensiyaların artıb-artmayacağı barədə müzakirələri gündəmə gətirib.
Bununla bağlı sualları cavablandıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, pensiyaların artırılmasının sosial müdafiə və sosial təminat üzrə xərclərin artımı ilə əlaqəsi yoxdur.
“Pensiyaların artırılması ölkə üzrə cari ildəki orta aylıq əmək haqqının artım faizi ilə tənzimlənir. Hələlik, bu il orta aylıq əmək haqqında, təxminən, 11% artım qeydə alınıb. İlin sonuna qədər, bəlkə, bir az da artar. Yəqin ki, bu rəqəm indeksləşdirilərək gələn il də bütün pensiyalar artırılacaq. Yəni gələn il pensiyaların sığorta hissəsində artım nəzərdə tutulur, amma neçə faiz olacağını biz ilin sonuna yaxın biləcəyik. Hər halda 10%-dən aşağı olmayacaq”, - komitə sədri deyib.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm