Luis Moreno Okamponun hesabatını ciddi qəbul etmək çətindir, o, barəsində mühüm ittihamlar irəli sürülən korrupsioner vəkildir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CNN telekanalına müsahibəsində deyib.
"Onun bu reportajı erməni lobbiçilərinin pulu ilə hazırlamasını sübut edən faktlar var. Təəssüf edirəm ki, o, hüquqşünas olsa da, "soyqırımı" anlayışından sui-istifadə edir, bəzi beynəlxalq media resursları isə bu anlayışdan düzgün istifadə etmir", - H.Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, bu, təhqir kimi qəbul edilir, çünki Azərbaycan xalqı öz tarixində etnik təmizləmə ilə üzləşib.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
O, hər bir ölkə kimi Azərbaycanın da öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək hüququna malik olduğunu vurğulayıb.
Bundan əvvəl deyilib ki, Azərbaycan əleyhinə qərəzli hesabatın müəllifi, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, hüquqşünas Luis Moreno Okampo dəfələrlə qalmaqalların mərkəzində olub və o, manipulyasiya və hüquq normalarının pozulmasında şübhəli bilinib.
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm
- İctimai nəqliyyat ödənişlə bağlı mühüm yenilik
- Türkiyə ruslar üçün yaşayış icazələrinin qiymətini artırdı