Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini əvvəldən dəstəkləmişik.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT TŞ-də çıxışında deyib.
“Lakin Ermənistanın bu tarixi fürsəti dəyərləndirmədiyini görürük. Ermənistanın başda Zəngəzur dəhlizi olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Tək millət, iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qorumaq yönündə atdığı addımları dəstəkləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bunun xaricində hər hansı status qəbuledilməzdir”, - deyə Türkiyə lideri bildirib.
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm
- İctimai nəqliyyat ödənişlə bağlı mühüm yenilik
- Türkiyə ruslar üçün yaşayış icazələrinin qiymətini artırdı
- Kəmaləddin Heydərov Özbəkistanda səfərdə... - Video
- Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
- KİA-dan oğurluq etdi – Anbaan video
- İlham Əliyev fərman imzaladı