Azərbaycan hələ də ilin sonuna kimi Ermənistanla sülh müqaviləsi bağlayacağına ümid edir.
BUTA.TV xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Biz hələ də bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid edirik və Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq - rəsmi olaraq, sülh müqaviləsi çərçivəsində öz imzaları ilə Azərbaycanın ərazi bütövlüyünün tanınması, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, gələcəkdə ölkəmizin daxili işlərinə qarışmaqdan çəkinmək öhdəliyi götürsün”, - H.Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşlarıdır və onların hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası ilə təmin olunacaq.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan Azərbaycanda separatçılığı maliyyələşdirmək siyasətindən əl çəkməlidir:
"Beynəlxalq vasitəçilərin fəaliyyətinə gəlincə, biz onların Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk".
- Bakıda 61 milyonluq təmir işləri həyata keçiriləcək
- Xalıq Rəhmanova yüksək vəzifə verildi
- 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur
- Əsgərlikdən məzuniyyətə gələn gənc 10 yaşlı oğlanı öldürdü
- Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı
- Qayınanasının qızıllarını oğurlayıb, özünə nişan etdi
- Eminin şirkəti bu rayonlarda yaşayış məhəlləsi tikəcək
- Aprelin son günü hava necə olacaq?