Son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yaşayan ermənilərin Ermənistana getməsi separatçıları ciddi şəkildə narahat edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb.
Bildirilib ki, separatçıların yeni rəhbəri Samvel Şahramanyan bununla bağlı iclas keçirib, əsas məsələ isə Qırmızı Xaç və Rusiya sülhməramlıları vasitəsilə Ermənistana gedən sakinlər olub.
“Qarabağdan gedənlərin əsasən Ermənistan ordusunun əsgərləri olması barədə Azərbaycan mediasında yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Ermənistana gedənlər ciddi sağlamlıq problemləri olan şəxslər, Rusiya Federasiyasının vətəndaşları və onların ailə üzvləri, Qarabağın mədən sənayesində, digər sahələrdə tikintidə işləmiş Ermənistan Respublikasının vətəndaşları və Ermənistan və xaricdə ali məktəblərə qəbul olanlardır.
Bununla bərabər, bu müddət ərzində müxtəlif şəxslər “sərəncamdan yan keçərək” müxtəlif yollarla Qarabağı tərk ediblər ki, bu da haqlı olaraq müxtəlif daxili şikayətlərə səbəb olub”, - məlumatda bildirilib.
Separatçıbaşının keçirdiyi iclsada Qarabağdan çıxışa nəzarətin gücləndirilməsi, başqa sözlə, girov saxlanılan ermənilərə daha sərt nəzarət barədə “qərar” verilib.
- Bakıda 61 milyonluq təmir işləri həyata keçiriləcək
- Xalıq Rəhmanova yüksək vəzifə verildi
- 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur
- Əsgərlikdən məzuniyyətə gələn gənc 10 yaşlı oğlanı öldürdü
- Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı
- Qayınanasının qızıllarını oğurlayıb, özünə nişan etdi
- Eminin şirkəti bu rayonlarda yaşayış məhəlləsi tikəcək
- Aprelin son günü hava necə olacaq?