Azərbaycan Prezidenti İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis əl-Mənfiyə başsağlığı verib.
BUTA.TV xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: “Ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi”.
Dövlət başçısı bu faciə ilə əlaqədar Məhəmməd Yunis əl-Mənfiyə, həlak olanların ailələrinə və yaxınlarına, dost Liviya xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
- Xocalının 4 kəndinə növbəti köç karvanı yola salındı
- Sahibkarlar İlham Əliyevə müraciət etdi
- ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!
- Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi
- Əmək haqqı sistemi üzrə yeni islahatlar planlaşdırılır
- Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - Foto
- Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü
- Bu ərazilərə qar yağır